kriminal.az

Milli komandamızın üzvü Ramil Şeydayev karyerasını yenindən ölkəmizdə davam etdirmək qərarına gəlib.

Sportinfo.az xəbər verir ki, "Neftçi" 28 yaşlı yarımmüdafiəçi ilə bütün detallarda razılıq əldə edib. Onun yaxın günlərdə "ağ qaralar"ın düşərgəsinə qoşulacağı gözlənilir.

Ramil Şeydayev son mövsümü Türkiyənin "Kocaelispor" komandasında keçirib və 2025-ci il iyunun 30-na qədər bu kluba məxsusdur.

Qeyd edək ki, Ramil Şeydayev karyerası ərzində "Zenit", "Rubin", "Trabzonspor", "Jilina", "Qarabağ", "Krılya Sovetov", "Dinamo"(Moskva), "Sabah", "Buriram Yunayted" klublarında oynayıb.

Top
0.11702704429626