kriminal.az
Vaşinqtonda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü keçirilir

Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü keçirilir.

AZƏRTAC xəbər verir ki, görüş Vaşinqtonda keçirilən NATO Sammiti çərçivəsində baş tutur.

İyulun 10-da Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ermənistanlı həmkarı Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken arasında üçtərəfli görüş keçiriləcək.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat yayıb.

O, baş tutacaq görüşün digər təfərrüatı barədə məlumat verməyib.

Mənbə: Sputnik Ermənistan

Top
0.058634042739868