Çinin mərkəzi bölgələrinin sakinləri inanılmaz və son dərəcə nadir optik fenomenin şahidi olublar - səmada eyni anda üç Günəş görünüb.
Kriminal.Az-ın verdiyi məlumata görə, bu heyrətamiz mənzərənin görüntüləri sosial şəbəkələrdə sürətlə yayılıb.
"Yalançı günəş" ("parhelion") kimi tanınan bu hadisə, böyük yüksəklikdə lələkvari buludlardakı buz kristallarında günəş işığının sınması nəticəsində baş verir. Müəyyən şəraitdə həqiqi Günəşin yanlarında onun "əkizləri" görünür və bu, göy qübbəsində üç səma cisminin olduğu təəssüratını yaradır.
Çində eyni anda üç Günəş parıldadı: Çinlilər heyrətə düşdülər
Çində eyni anda üç Günəş parıldadı: Çinlilər heyrətə düşdülər