kriminal.az
İsrail HƏMAS-ın 7 oktyabr hücumundan sonra itkin düşən sonuncu şəxsin öldürüldüyünü elan etdi

HƏMAS-ın 2023-cü ilin 7 oktyabrında İsrailə hücumunun son qurbanı ölüb. Bu vaxta qədər 76 yaşlı Bilha İnon itkin düşmüş hesab edilirdi.

Kriminal.Az-ın məlumatına görə, bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) elan edib.

Araşdırmanın nəticələrinə görə, Bilha İnon həyat yoldaşı ilə birlikdə öldürülüb. Qətldən sonra hücum edənlər onların evini yandırıblar. Ərinin qalıqları demək olar ki, dərhal tapılıb, Bilha İnonun sümük qalıqlarının fraqmentləri isə xeyli sonra aşkar edilib.

HƏMAS döyüşçüləri tərəfindən girov götürülərək Qəzza zolağına aparılan təxminən 130 nəfərin taleyi hələ də məlum deyil.

HƏMAS-ın Livandakı sözçüsü Üsamə Həmdan bildirib ki, heç kəs onların harada olduğunu və neçəsinin hələ də sağ olduğunu deyə bilməz.

Top
0.042673110961914