kriminal.az
İki gün əvvəl qonşusunu bıçaqlayan şəxs saxlanılıb

Bakıda iki gün əvvəl qonşusunu bıçaqlayan şəxs saxlanılıb.

APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Avqustun 13-də 1994-cü il təvəllüdlü Elmir Haqverdi oğlu Quluyev yaşadığı fərdi evin qarşısında qonşusu, 1978-ci il təvəllüdlü Ədalət Bayram oğlu Nəbiyevə aralarında yaranmış mübahisə zəminində mətbəx bıçağı ilə xəsarət yetirib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Elmir Haqverdi oğlu Quluyev saxlanılıb.

Top
0.116938829422