kriminal.az
Azərbaycan millisinin cüdoçusu Elcan Hacıyevin son durumuna aydınlıq gəlib

Paris-2024 Yay Olimpiya Oyunlarında zədələnən Elcan Hacıyev əməliyyat olunacaq.

Kriminal.Az İdman.biz-ə istinadla xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarında zədələnən cüdoçu bildirib ki, hazırda özünü yaxşı hiss edir.

"Çiynimdən və dizimdən əməliyyat olunacağam. Avqustun 21-də Almaniyadan həkim gələcək və 3 gün sonra müayinələrə başlanılacaq. Çiynim çox pis çıxıb və buna görə onu yerinə salmaq mümkün deyil. Müalicəsi isə olduqca risklidir. Son 1-2 ildə dizimin də çarpaz bağı zədəlidir. Bütün zədələrdən qurtulmaq istəyirəm. Ona görə də bunu birdəfəlik həll etmək qərarına gəldik. Əməliyyatdan sonra 3-4 ay məşq etmək olmaz".

Qeyd edək ki, Hacıyev Paris-2024 Yay Olimpiya Oyunlarının 1/8 finalında Maksim-Qael Nqayapa Qamba ilə görüşünün sonunda xəsarət alıb.

Top
0.15861892700195