İspaniyanın "Barselona" klubunun futbolçusu Lamin Yamalın atası Munir Nəsrauiyə hücum etməkdə şübhəli bilinən üç nəfər həbs edilib.
Kriminal.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, yaralının xəstəxanadakı vəziyyəti stabil olaraq qiymətləndirilir.
Hadisə avqustun 15-də baş verib. Yamalın atası Barselona yaxınlığındakı Mataro şəhərində hücuma məruz qalıb və daha sonra xəstəxanaya yerləşdirilib.