İtaliya A Seriyasında ilk turun oyunları keçirilir.
Kriminal.Az xəbər verir ki, son çempion "İnter" səfərdə "Cenoa" ilə qarşılaşıb.
Oyunda hesabı ev sahibləri açsalar da, "İnter"in cavab qolu on dəqiqə sonra gəlib. 30-cu dəqiqədə Türam hesabı bərabərləşdirib və 82-ci dəqiqədə dubla imza ataraq fərqi artırıb. Lakin "Cenoa" sonadək mübarizə apararaq 90+5-ci dəqiqədə məğlubiyyətdən yaxa qurtarıb - 2:2.
Matç həmçinin "İnter"in çalışdırıcısı Simone İnzaginin sarı vərəqə alması ilə yadda qalıb.