Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III turun növbəti görüşü keçirilib.
Kriminal.Az xəbər verir ki, Zirə Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunan matçda "Neftçi" "Sabah"la qarşılaşıb.
Oyun "bayquşlar"ın 0:2 hesablı qələbəsi ilə yekunlaşıb. 54-cü dəqiqədə Amin Seydiyev penalti zərbəsindən hesabı açıb. 76-cı dəqiqədə isə Coy Lens Mikels qarşılaşmada son nöqtəni qoyub.
Qeyd edək ki, turun digər görüşlərində "Turan Tovuz" "Kəpəz"ə 3:0, "Sumqayıt" isə "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib. "Şamaxı" - "Qarabağ" və "Zirə" - "Araz-Naxçıvan" qarşılaşmaları təxirə salınıb.
Bu gün Azərbaycan Premyer Liqasında III tura paytaxt derbisi ilə yekun vurulacaq.
Kriminal.Az xəbər verir ki, III turun mərkəzi görüşündə "Neftçi" "Sabah"la üz-üzə gələcək.
Böyük maraqla gözlənilən görüşün start fiti saat 20:30-da səsləndiriləcək.
Qeyd edək ki, "Neftçi" klubunun meydançası təmirə bağlandığından görüş Zirə Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək.