Xorvatiyada Zaqreb "Dinamo"su və Ağdamın "Qarabağ" klubu arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları bəlli olub.
Kriminal.Az xəbər verir ki, görüşü İsveçdən olan hakimlər briqadası idarə edəcək.
FIFA referisi Qlenn Nyuberqə Mahbod Beiqi və Andreas Söderkvist köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Adam Leydbek yerinə yetirəcək.
VAR-da almaniyalı Bastian Dankert, AVAR-da onun həmyerlisi Yohann Pfayfer əyləşəcək.
Qeyd edək ki, avqustun 20-də "Maksimir" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab oyunu avqustun 28-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək.