kriminal.az
Müğənni Sevda Sanaliyeva izləndiyi ilə bağlı görüntülər yaydı:

Müğənni Sevda Sanaliyevanın üzləşdiyi xoşagəlməz hadisə araşdırılır.

Bu barədə Kriminal.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd edilib ki, görüntülərdən məlumatlıyıq. Hazırda araşdırma aparılır.

Müğənni Sevda Sanaliyeva xoşagəlməz hadisə ilə üzləşib.

Kriminal.Az xəbər verir ki, bununla bağlı sənətçi "Instagram" hesabında məlumat yayıb.

Sanaliyeva bildirib ki, artıq bir müddətdir naməlum şəxs tərəfindən yaşadığı binanın ətrafında davamlı şəkildə izlənilir:

"Bəli, sözün əsl mənasında qapımda "manyak" yatır. Eyvana çıxa bilmirəm, eyvanın altında dayanır. Bloka girə bilmirəm, qaranlıq tərəfdən birdən-birə qarşıma çıxıb, məni qorxudur. Gördüyünüz bu maşınla hər gün eyvanımın altında dayanır. Hara gedirəmsə, arxamca gəlir və məni izləyir. Uzun müddətdir ki, həyatımı belə yaşayıram".

Müğənni yaşadığı binanın avtodayanacağında nəzarət kamerası tərəfindən gecə saat 01:00-da qeydə alınan görüntüləri yayımlayıb. Kadrlarda Sevda maşını ilə avtodayanacağa daxil olub liftə tərəf gedərkən həmin şəxs qaranlıqdan çıxır və ona tərəf getməyə cəhd edir. Sevda liftin önündən uzaqlaşdığını və naməlum şəxsin qapısına qədər gəldiyini qeyd edib.

Görüntülərdə sənətçi qapının arxasından qışqıraraq ondan hüquq mühafizə orqanlarına şikayət edəcəyini dilə gətirib. Daha sonra həmin şəxs Sevdanın mənzilinin qapısına gələrək saatlarla zəngi basıb.

Sevda deyib ki, bu olaylar səbəbi ilə qorxu və sarsıntı keçirib. Müğənni yaşadıqları ilə bağlı paylaşdığı video açıqlamada bunları dilə gətirib:

"Belə mövzu ilə gündəmə gəlmək istəməzdim. Hər kəs bilsin ki, əgər mənə nəsə olsa, səbəbkarı bu insandır. Məsələ ilə bağlı polisə müraciət etmişəm, ərizələr yazmışam. DİN-nin "102" Çağrı Mərkəzinə dəfələrlə şikayət etmişəm. Sahə polisi ilə bir neçə dəfə danışmışam. Ərizə yazıb, şikayətimi bildirmişəm. Hətta bu məsələ ilə bağlı məhkəməyə getmişəm. Məhkəmə məni İcra Hakimiyyətinə yönləndirib. Uzaqlaşdırma qərarı çıxartdırmaq üçün ora da getmişəm. Bu qərarın çıxması üçün bir az zaman tələb olunur. Amma mən bilmirəm buna vaxtım var, yoxsa yox. Bəlkə də bu qərar çıxana kimi mən olmayacağam. Dünən və əvvəlki günə qədər yaxşı qurtardım. Amma bu gün nə olacaq - bunu mən bilmirəm. Bəlkə valideyinlərim yoxdur və mən təkəm, ona görə ürəklənib belə hərəkət edir. Amma məni qoruyan Allahım var, ona çox güvənirəm. Azərbaycan polisinə çox güvənirəm. Kömək istəyirəm. Üzümü tuturam o insana və deyirəm ki, əgər yenə arxamca düşüb, məni izləsən, övladlarıma yaxın gəlib, onları danışdırmağa çalışsan, sənin üzünü daha açıq şəkildə göstərəcəyəm, adını və soyadını deyəcəyəm, qoy səni hər kəs tanısın və hər kəs özünü səndən qorusun. Videoda gördüyünüz kimi, bu şəxsin əlində nəsə olur və onu əlində gizlədir. Bu gün mən yaxşı qurtardım, amma sabah başıma nə gələcəksə bilmirəm. Sabah bu şəxs nə edəcəksə, mən bilmirəm. Bu vəziyyətdən isə mən çox narahatam. Bu şəxsin məni təhdid etməyi və qorxutmağı ilə bağlı səs yazıları var. Lazım olsa, o səs yazılarını da yayımlayacağam. Hələ ki dözüb, səbir edirəm. Ümid edirəm ki, bunları yaymağa ehtiyac qalmaz. Yaydığım bu videolar ona bəs edər. Əgər bu insandan kiməsə ziyan dəyibsə, mənim sosial şəbəkə hesabıma yazsın".

Qeyd edək ki, Sevda Sanaliyevanın bir qız və bir oğlan övladı var.

Həmin görüntüləri təqdim edirik:

@oxuaz

Naməlum şəxs Sevdanı izləyir

♬ Oxu.az Son Xəbərlər - orijinal ses - Oxu.az Son Xəbərlər

Top
0.049861907958984