"Bu gün Azərbaycan beynəlxalq səviyyəli mötəbər idman yarışlara ən uğurlu şəkildə ev sahibliyi etməkdədir. Amma onu da unutmaq olmaz ki, zamanında UEFA və FİFA Azərbaycanda yarış keçirməyə icazə verməyib".
Kriminal.az xəbər verir ki, bunu deputat Eyvaz Qurbanov Milli Məclisin Gənclər və idman komitəsinin iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, Azərbaycan 1992-ci ildə UEFA üzvü olub. Lakin təhlükəsizlik məsələlərində görə 1996-cı ilədək Azərbaycanda futbol yarışlarına icazə verilməyib. "Yarışlar Türkiyənin Trabzon şəhərində Azərbaycan ev sahibliyi ilə keçirilib. İdman sahəsinin infrastrukturunun yaxşılaşdırılması və idmançılarının təhlükəsizliyinin təmin olunmasından sonra UEFA və FİFA Azərbaycanda yarışlar keçirməyə icazə verdi", - deyə o qeyd edib.
Ölkədə idmana diqqətin artırılmasının zəruriliyini vurğulayan edən deputat bildirib ki, 44 günlük qələbə gedən yol da idmanda qazanılan qələbə hesabına nail olunub. "İdman yeganə sahədir ki, ölkənin daxilində və xaricində milli birliyə səbəb olur. Biri olimpiya çempionu olanda iqtidar da, müxalifət də eyni səviyyədə sevinir. Ona görə də idmana böyük diqqət yetirilir",- o bildirib. Eyni zamanda əlavə edib ki, qələbələrin davamı üçün uşaq idmanının inkişafına diqqət yetirilməlidir.
Mürtəza