Rusiya millisinin sentyabrda Tailand və Vyetnam seçmələri ilə yoldaşlıq oyunları Beynəlxalq Futbol Federasiyasının (FIFA) reytinqlərinə daxil ediləcək.
Kriminal.Az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqı məlumat yayıb.
Yoldaşlıq turnirinin oyunları Vyetnamın paytaxtı Hanoyda, "My Dinh Milli Stadionu"nda keçiriləcək. Rusiyanın Vyetnamla oyunu sentyabrın 5-də, Tailandla isə sentyabrın 7-də baş tutacaq.
Qeyd edək ki, 2022-ci ildə Rusiya millisi FIFA və UEFA-nın qərarı ilə Ukraynadakı vəziyyətlə əlaqədar beynəlxalq yarışlardan kənarlaşdırılıb.