İngiltərə Premyer Liqasında tarixin ən yaxşı vingerləri siyahısında birini pillənin sahibi "Liverpul"un oyunçusu Məhəmməd Salah olub.
Kriminal.Az xəbər verir ki, "FourFourTwo"nun tərtib etdiyi reytinqdə ikinci pillədə isə Kriştianu Ronaldu qərarlaşıb.
Misirli hücumçu Məhəmməd Salah bütün vingerləri qabaqlayıb. Kriştianu Ronaldu siyahıda yalnız ikinci olub. İlk üçlüyü Son Xın Min qapayıb. Eden Azar, Sadio Mane, Qaret Beyl, Rober Pires, Rayan Giqqz, Riyad Mahrez və Devid Bekhem də ilk onluqda yer alıblar.
Qeyd edək ki, reytinqin lideri olan Salah Premyer Liqada iki klubda - "Liverpul" və "Çelsi"də oynayıb. O, hazırda da mersisaydlıların formasını geyinir.
Xatırladaq ki, "Mançester Siti" klubunun belçikalısi Kevin De Bruyne İngiltərə Premyer Liqası tarixinin ən yaxşı yarımmüdafiəçisi seçilib. Ən yaxşı müdafiəçi isə "Mançester Yunayted" klubunun keçmiş futbolçusu Rio Ferdinand olub. Ən yaxşı isə "Çelsi" klubunun əlcək ustası Petr Çex olub.