"Ən-Nəsr"in hücumçusu Sadio Mane tezliklə klubu tərk edə bilər.
Kriminal.Az Goal.com-a istinadla xəbər verir ki, seneqallı futbolçu mövsümün sonuna qədər icarə əsasında "Əl-İttihad"a keçə bilər.
Mane ötən ilin avqustunda "Bayern"lə yollarını ayırdıqdan sonra Səudiyyə Ərəbistanına köçüb və indi yenidən komandasını dəyişməyi düşünür.
32 yaşlı forvardın "Ən-Nəsr"lə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.