Bu gün Daşkənddə baş tutan Özbəkistan-Azərbaycan biznes forumunda iki ölkə arasındakı birgə fəaliyyət istiqamətləri müzakirə olunub.
Kriminal.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" hesabında paylaşım edib.
"Dövlət başçısının Özbəkistana rəsmi səfəri çərçivəsində Daşkənddə Özbəkistan - Azərbaycan biznes forumunda iştirak etdik. Həmkarım, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratovla iki ölkə arasında 2024-2025-ci illər üçün ticari-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə dair "yol xəritəsi" çərçivəsində kənd təsərrüfatı, turizm, tikinti, əczaçılıq və avtomobil sənayesi kimi sektorlarda birgə fəaliyyətimizi müzakirə etdik. Forum əməkdaşlığımızın şaxələnməsi baxımından faydalı platformadır", - deyə nazir qeyd edib.
Dövlət başçısının Özbəkistana rəsmi səfəri çərçivəsində Daşkənddə #Özbəkistan - #Azərbaycan #biznesforum-unda iştirak etdik. Həmkarım, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratovla iki ölkə arasında 2024-2025-ci illər üçün #ticarət-#iqtisadi və #investisiya… pic.twitter.com/Qxz1NBxQXx
— Mikayil Jabbarov (@MikayilJabbarov) August 22, 2024
Həmçinin nazir digər paylaşımında qeyd edib ki, forum çərçivəsində qarşılıqlı əlaqələrin qurulması ilə bağlı sənədlər imzalanıb:
"Özbəkistan - Azərbaycan biznes forumuda energetika, təhsil, logistika, tikinti sahələri üzrə işbirliyi, Bakı və Daşkənd arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin Quba və Cizak, Beyləqan və Şəhrisəbz şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulması ilə bağlı imzalanmış sənədlərin mübadiləsi oldu. Bu sənədlər ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi, çoxşaxəli tərəfdaşlığın möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyır".
#Özbəkistan - #Azərbaycan #biznesforumu-nda #energetika, təhsil, #logistika, tikinti sahələri üzrə işbirliyi, Bakı və Daşkənd arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin Quba və Cizak, Beyləqan və Şəhrisəbz şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulması ilə bağlı… pic.twitter.com/GGEs3JpAxm
— Mikayil Jabbarov (@MikayilJabbarov) August 22, 2024
Bu gün Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu işə başlayıb.
"Report" xəbər verir ki, tədbirin açılışında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov çıxış ediblər.
İki gün davam edəcək forumda Azərbaycanı 67 şirkət və 10-a yaxın dövlət təşkilatı təmsil edir.
Forum çərçivəsində "Made in Azerbaijan" sərgisi də təşkil olunacaq.