kriminal.az
Azərbaycan-Özbəkistan investisiya şirkəti 15 layihənin maliyyələşdirilməsini nəzərdən keçirir

"Azərbaycan-Özbəkistan investisiya şirkəti ümumi dəyəri 600 milyon ABŞ dolları olan 15 layihənin maliyyələşdirilməsini nəzərdən keçirir".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib.

"İnvestisiya şirkətinin fəaliyyəti çox səmərəlidir" , - o vurğulayıb.

Y.Abdullayev qeyd edib ki, nəzərdən keçirilən bir sıra layihələr üzrə yaxın vaxtlarda qərar qəbul ediləcək:

"Bu, iki ölkə arasında sahibkarlığın sürətlə inkişafına töhfə verəcək".

Xatırladaq ki, Azərbaycan-Özbəkistan investisiya şirkəti 2023-cü ilin fevral ayında yaradılıb. İnvestisiya şirkəti birgə layihələri maliyyələşdirəcək.

Top
0.036657810211182