kriminal.az
Yaylagül Ramazanova:

"Bu gün arenamız doludur".

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin kamandan oxatanı Yaylagül Ramazanova deyib.

O, bu gün start götürən ölkə birinciliyi və çempionatı ilə bağlı fikirlərini açıqlayıb.

Ramazanova onlara dəstək olan Gənclər və İdman Nazirliyinə və federasiyaya təşəkkür edib:

"Bizim üçün bu cür möhtəşəm şərait yaradıblar. Bu idman növü çox gözəldir. Güclü və səbirli olmaq istəyirlərsə, kamandan oxatma ilə məşğul olsunlar. Bu idman növü ətalətdir, yəni qalib də ola bilərsən, məğlub da. Hər şey sənin özündən və hava şəraitindən asılıdır. Çox sevindiricidir ki, bu idman növündə ölkəmizi dünyaya tanıtdım".

Top
0.12590503692627