Keçmiş "Dəyirman" qrupunun üzvlərindən Elmir Teymurun qızı ABŞ-də ailə qurub.
Kriminal.Az xəbər verir ki, ifaçı bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
O, həmin paylaşıma "Ailəmiz böyüyür, təbrik edirəm. İndi qayınata rolunda", - şərhini yazıb.
Qeyd edək ki, Elmir 2018-ci ildə "Green card" qazanaraq ABŞ-yə köçüb.