kriminal.az
Prezidentliyə namizən sui-qəsdə uğradı - Başından yaralıdır

Kolumbiyalı senator və prezidentliyə namizəd Migel Uribe Turbay hücuma məruz qalıb, o, güllə yarası alıb.

Kriminal.az  xəbər verir ki, bu haqda "Bluradio" məlumat yayıb.

"Şənbə günü axşam prezidentliyə namizəd olmaq istəyən Migel Uribe Turbaya hücum edilib", - məlumatda deyilir.

Hadisə senatorun Boqotada çıxışı zamanı baş verib. Uribe Turbaya arxadan hücum edilib.

Atəş açan şəxsin yeniyetmə olduğu bildirilir. Bu haqda “El Tiempo” qəzeti mənbələr istinadən məlumat yayıb.

"Hücum edən 15 yaşlı yeniyetmədir. O, Uribenin mühafizəçiləri tərəfindən yaralanıb", -qəzetin məlumatında deyilir.

Şahidlərin qəzetə verdiyi məlumata görə, sui-qəsdi yerinə yetirən azyaşlı şəxs hadisə yerinə motosikletlə gəlib.

O, təqribən metr yarımlıq məsafədə senatora yaxınlaşıb və onun kürəyinə təxminən altı dəfə atəş açıb. Güllələrdən biri Uribenin başına dəyib.

“El Tiempo” qəzeti isə hadisə zamanı daha iki nəfərin; bir kişi və bir qadının yaralandığı haqda məlumat yayıb.(lent.az)

Top
0.06109094619751