kriminal.az
Azərbaycanda ən çox xarici borc cəlb edən dövlət qurumları - SİYAHI

1 iyul 2024-cü il tarixinə Azərbaycanın xarici dövlət borcu 5 milyard 361.3 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə xarici dövlət borc portfelinin 2 milyard 176.687 milyon ABŞ dolları (40.6%-i) büdcə kəsirinin bağlanılması üzrə hökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən, 3 milyard 184.612 milyon ABŞ dolları (59.4%-i) isə digər icraçı qurumlar tərəfindən həyata keçirilən proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklərin payına düşür.

Kriminal.Az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Aşağıdakı cədvəldə 1 iyul 2024-cü il tarixinə dövlət qurumlarının proqram və layihələri həyata keçirmək üçün cəlb etdiyi xarici borcun məbləği verilib.

Dövlət Qurumları Xarici borcun məbləği, min ABŞ dolları
Azəravtoyol 1 050 814.8
Dövlət Su Ehtiyatları Agentliyi 788 111,1
Azərbaycan Dəmir Yolları 729 136,8
NMR Meliorasiya və Su Təsərrüfatı Agentliyi 193 006,8
Kənd Təsərrüfatı 139 393,8
Digər qurumlar 284 148,9

Top
0.038839101791382