2023-cü ildə Azərbaycanda 1 606 bələdiyyə məcburi audit subyekti olub.
Kriminal.Az xəbər verir ki, bu barədə Auditorlar Palatası məlumat yayıb.
Bildirilib ki, bu, 2022-ci illə müqayisədə 0.1% çoxdur.
Ötən il auditdən keçmiş bələdiyyələrin sayı isə 25.05% artaraq 744-ə, onların xüsusi çəkisi isə 37.1%-dən 46.3%-ə yüksəlib. Başqa sözlə, il ərzində bələdiyyələrin 53.7%-i auditdən keçməyib.