kriminal.az
Ornella Mutinin hədiyyələri olan baqajı Sankt-Peterburqa gedərkən yolda itib

İtaliyalı aktrisa Ornella Mutinin baqajı Sankt-Peterburqa gedərkən yolda itib.

Kriminal.Az bu barədə "Mash" "Telegram" kanalına istinadən xəbər verir.

Çamadanda aktrisanın qarderobundan bahalı və yaddaqalan əşyalar - "Giorgio Armani"dən paltarlar (dizaynerin özündən hədiyyələr), "Valentino" çantası, həmçinin "Chanel" şərfi var idi.

Əşyaların harada itdiyi hələlik dəqiq məlum deyil - Mutinin Romadan transfer uçduğu İstanbul hava limanında, yoxsa son təyinat Sankt-Peterburqun Pulkovo hava limanında.

Qeyd olunur ki, Muti avqustun 31-də rəssam Nikas Safronovun Petropavlovsk qalasında keçiriləcək sərgisini ziyarət edəcək.

Top
0.044713973999023