kriminal.az
Estoniya Rusiyaya nota verib

Estoniya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin müvəqqəti işlər vəkilini çağıraraq ona Rusiya helikopterinin ölkənin hava məkanını pozması ilə bağlı rəsmi nota təqdim edib.

Kriminal.az APA-ya istinadən xəbər verir ki, bu barədə qurumun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd edilib ki, sentyabrın 7-də Rusiyaya məxsus Mi-8 helikopteri Vaindloo adası yaxınlığında icazəsiz Estoniya hava məkanına daxil olub və təxminən 4 dəqiqə orada qalıb.

Xarici işlər naziri Marqus Çakxnının sözlərinə görə, bu, daha bir ciddi və təəssüf doğuran hadisədir. Onun sözlərinə görə, bu, cari ildə il üçüncü pozuntudur.

Top
0.068480968475342