kriminal.az
Eksklüziv çalar:

ABŞ-dəki "Tesla Giga Texas" kompleksində "Tesla Model Y" modelinin daha əvvəl istehsal olunmadığı yeni rəngdə görüntüsü qeydə alınıb.

Kriminal.Az ixbt.com-a istinadən xəbər verir ki, bu yeni rəng dronla edilən uçuş zamanı aşkarlanıb.

"Tesla" avtomobilləri hazırda yalnız bir neçə rəng variantında təklif olunur - "Stealth Gray", "Pearl White Multi-Coat", "Deep Blue Metallic", "Solid Black", "Quicksilver" və digərlərindən 2 000 dollar daha baha olan "Ultra Red".

Lakin "Tesla Giga Texas" ərazisində görünən yeni "Model Y"nin "Ultra Red" rəngindən daha tünd çalarda olduğu müşahidə edilib.

Bu görüntülər sosial şəbəkələrdə böyük maraq doğurub.

Top
0.10353994369507