kriminal.az
Qəhvənin xeyirli xüsusiyyəti aşkarlanıb

Yeni araşdırmaların nəticələrinə görə, qəhvə yaşla əlaqədar əzələ kütləsinin itirilməsinin qarşısını alır.

Kriminal.Az bu barədə Ferra-ru-ya istinadən xəbər verir.

Alimlərin sözlərinə görə, qəhvə qəbulu sarkopeniya inkişafının qarşısını alır. Sarkopeniya yaşlanma zamanı gücü, əzələ kütləsini və iş qabiliyyətini azaldan dayaq-hərəkət aparatı xəstəliyidir.

Hər gün qəhvə içən insanlarda əzələ kütləsi 11-13% daha çox olub.

Tədqiqat aparmaq üçün 8 300-dən çox yetkin amerikalının sağlamlıq vəziyyəti haqqında məlumatlar öyrənilib. Məlumatlar 2011-2018-ci illər arasında toplanıb. İştirakçıların orta yaşı təxminən 40 olub və onların 50%-dən bir qədər çoxu qadınlar olub.

Alimlər vurğulayırlar ki, tədqiqat sadəcə olaraq istənilən miqdarda kofeinli qəhvə qəbulunun kofeinsiz qəhvə ilə müqayisədə sağlamlıq üçün üstünlüklər verdiyini göstərir. Lakin bunun niyə baş verdiyi aydın deyil.

Top
0.28238892555237