kriminal.az
Teylor Svift üçüncü il ardıcıl olaraq

Teylor Svift üçüncü il ardıcıl olaraq əsas "İlin videosu" kateqoriyasında "MTV Video Music Awards" (MTV VMA) mükafatına layiq görülüb.

Kriminal.Az-ın məlumatına görə, nüfuzlu mükafatın illik təqdimetmə mərasiminin yayımı ABŞ-nin MTV telekanalı tərəfindən aparılıb.

Svift mükafatı repçi Post Malone ilə birlikdə ifa etdiyi "Fortnight" kompozisiyasına çəkilmiş klipə görə alıb. Bu kateqoriyada mükafata həmçinin Ariana Qrande "we can't be friends" mahnısı ilə, rep ifaçısı Doja Cat "Paint the Town Red" klipi ilə, Billi Ayliş "LUNCH" kompozisiyası ilə, repçi Eminem "Houdini" trekinin klipi ilə və müğənni SZA "Snooze" mahnısının videosu ilə namizəd olublar. Beləliklə, Svift bu kateqoriyada MTV mükafatının beşqat qalibi olub, bundan əvvəl o, 2015, 2019, 2022 və 2023-cü illərdə mükafatlar alıb.

Svift həmçinin MTV versiyasına görə ilin ifaçısı seçilib.

İlin mahnısı Sabrina Karpenterin ifasında "Espresso" kompozisiyası olub. "Ən yaxşı yeni ifaçı" kateqoriyasında mükafatı "Chappell Roan" kimi daha çox tanınan Keyli Rouz Amştuts qazanıb.

Qeyd edək ki, "MTV Video Music Awards" mükafatı 1984-cü ildə MTV musiqi telekanalı tərəfindən təsis edilib və sonradan videokliplərin yaradılması sahəsində ən nüfuzlu mükafatlardan birinə çevrilib. 2024-cü ildə mükafat Lonq-Aylenddəki (Nyu-York ştatı) UBS Arena stadionunda keçirilir. Onun laureatlarına ənənəvi olaraq skafandrda olan və üzərində telekanalın loqosu olan bayraq təsvir edilmiş astronavt şəklində heykəlciklər təqdim edilir.

@oxuaz

????Teylor Svift üçüncü il ardıcıl olaraq "MTV Video Music Awards" mükafatına layiq görüldü. #TeylorSvift #MTV

♬ оригинальный звук - Oxu.az Son Xəbərlər

Top
0.094283103942871