kriminal.az
Ermənistanda Qərbi Nil qızdırmasından ölənlərin sayı artıb

Ermənistanda Qərbi Nil qızdırmasından ölənlərin sayı dörd nəfərə çatıb.

Kriminal.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzi məlumat yayıb.

Son bir həftə ərzində 20 yeni yoluxma halı qeydə alınıb. Ölkədə ümumilikdə 128 Qərbi Nil qızdırması halı aşkar edilib.

Xatırladaq ki, Ermənistanda ilk dəfə bu xəstəliyə yoluxma halı avqustun 21-də qeydə alınıb.

Top
0.075911998748779