kriminal.az
SOCAR

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "MOL Hungarian Oil and Gas" şirkəti arasında "Şamaxı-Qobustan sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilat haqqında" Anlaşma Memorandumu imzalanıb.

Kriminal.Az bu barədə SOCAR-dan məlumat verilib.

Bildirilib ki, Anlaşma Memorandumuna əsasən, tərəflər Azərbaycanın karbohidrogen hasilatının daha da artırılması istiqamətində əməkdaşlıq edəcəklər.

Sənədin imzalanması SOCAR-ın prezidenti Rövşən Nəcəfin "MOL Hungarian Oil and Gas" şirkətinin sədri və baş icraçı direktoru Zsolt Hernadi ilə keçirdiyi görüşdə baş tutub.

Top
0.090562105178833