kriminal.az
Azərbaycanlı modelin keçmiş əri olan məşhur türkiyəli aktyorun beşinci övladı dünyaya gəldi

2005-2010-cu illərdə izlənmə rekordu qıran Türkiyənin məşhur "Yaprak dökümü" serialının "Oğuz" xarakterinin beşinci övladı dünyaya gəlib.

Bu barədə Kriminal.Az NTV.com.tr-yə istinadən xəbər verir.

Qeyd edək ki, Tolqa Karel 2016-cı ildə gözlənilməz bir qərar verərək aktyorluğu atmış və ABŞ-də məskunlaşmışdı.

Hazırda ABŞ-də yük maşını sürücüsü işləyən və həmçinin logistika şirkətinə sahib olan aktyor 2016-cı ildən Sara Skott adlı qadınla xoşbəxt evlilik yaşayır.

Karel növbəti dəfə ata olması ilə bağlı sosial media hesabında paylaşım edib. Cütlüyün bir qızı olub.

"Ailəmizin yeni gözəl üzvü" , - deyə o, paylaşıma şərh verib.

Xatırladaq ki, Sara Skottan Kenan, Tufan və Mia adlı üç övladı olan Karelin azərbaycanlı model Günay Musayeva ilə evliliyindən də Cihangir adlı oğlu var.

Top
0.039340019226074