kriminal.az
Rusiyanın nüvə doktrinasını dəyişməsinə ABŞ-dən CAVAB TƏLİMLƏRİ

Rusiyanın nüvə doktrinasına dəyişikliklərlə bağlı ilk təkliflərdən sonra ABŞ-də strateji nüvə qüvvələrinin təlimi keçirilib.

Kriminal.Az-ın xəbərinə görə, bu barədə "Rybar" tg-kanalı məlumat yayıb

Rusiyanın nüvə doktrinasına dəyişikliklərlə bağlı ilk təklifləri ölkə Prezidenti Vladimir Putin səsləndirib.

Bundan dərhal sonra ABŞ-də strateji nüvə qüvvələrinin təlimi baş tutub. İki nüvə silahı daşıyan B-52N təyyarəsi Sakit okean üzərində havaya qalxıb.

Eyni zamanda, ABŞ-nin qərb sahillərində nüvə sualtı qayığı hərəkətə keçib.

Qərb Sahilində oxşar məşq sonuncu dəfə 2023-cü ilin mayında baş verib.

Rusiya doktrinasında əhəmiyyətli dəyişiklikləri, eləcə də Asiya-Sakit okean regionunda artan gərginliyi nəzərə alsaq, bu təlimlər ABŞ nüvə qüvvələrinin hazır olduğunu nümayiş etdirmək üçün siyasi motivli görünür.

Top
0.086833953857422