İranın Yaxın Şərqdə ən güclü proksi qüvvəsi olan və İsrail qarşısında bir növ qalxan sayılan Livan "Hizbullah"ının lideri Həsən Nəsrullahın öldürülməsi bölgədə tamam yeni bir situasiyanın meydana çıxmasından xəbər verir.
Bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan yeni süjetdə qeyd olunur.
Müəllif qeyd edir ki, İran rejimi uzun illər ərzində regionda izlədiyi strategiyanın dalana dirəndiyinin fərqindədir və öz varlığını qorumaq üçün fərqli siyasətə üz tutmaq zərurəti ilə barışmalı olub.
"Bu üzdən o, ötən ilin oktyabrından bəri özünün "müqavimət" adlandırdığı proksi güclərinə İsrailin davamlı zərbələr endirməsinə və önəmli hərbi-siyasi fiqurları biri-birinin ardınca sıradan çıxarmasına faktiki olaraq seyrçi qalmaqdan başqa bir iş görə bilməyib. Həsən Nəsrullahın öldürülməsi bu prosesin kulminasiyası və bölgədə yeni reallığın yaranmasının başlanğıcı kimi dəyərləndirilə bilər", - deyə süjetdə qeyd olunur.
Ətraflı yeni videosüjetdə:
"Hizbullah" liderini İran satıb?