kriminal.az
Sabah 28 dərəcə isti olacaq

Oktyabrın 7-nə gözlənilən hava şəraiti açıqlanıb.

Kriminal.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 22-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-18, gündüz 23-28 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.

Top
0.2227840423584