kriminal.az
Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu keçirilir

Bu gün Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu işə başlayıb.

Kriminal.Az xəbər verir ki, ilk dəfə keçirilən və sabah başa çatacaq tədbirin təşkilatçıları İqtisadiyyat Nazirliyi, nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Dövlət Turizm Agentliyidir. Forumu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, İslam Əməkdaşlıq Təşkilatı (OIC), Beynəlxalq İslam Biznesi Assosiasiyası, İslam Ticarət və İnkişaf Palatası (ICO), İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutu (SMIIC) dəstəkləyir.

20-yə yaxın ölkədən rəsmi şəxslər, mütəxəssislər, akademik dairələrin və beynəlxalq təşkilatların nümayəndələri, iş adamları tədbirdə iştirak edirlər.

Tədbirin keçirilməsində məqsəd investisiya və ticarət sahəsində yeni əməkdaşlıqların qurulmasına, müvafiq sahədə fikir və təcrübə mübadiləsinə töhfə vermək, Azərbaycana xarici sərmayələrin cəlb edilməsini təşviq etməkdir.

Forum konfrans və sərgi olmaqla iki hissədən ibarətdir.

Məhərrəm Əliyev

Top
0.042114973068237