kriminal.az
Respublika Klinik Xəstəxanasının əsas binasının yenidən qurulması 19 milyon manata başa gələcək

Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası təmir olunacaq.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı hazırlıqlara başlanılıb.

Xəstəxananın əsas inzibati binası, əlavə korpus və köməkçi binalarının yenidən qurulması işləri həyata keçiriləcək.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) I mərhələ üzrə yenidənqurma işlərinin həyata keçirilməsi ilə bağlı 18 891 761.32 manat dəyərində müqavilə bağlayıb.

Xatırladaq ki, Respublika Klinik Xəstəxanasının inzibati binasının uzun müddətdir istismar olunması səbəbindən əsaslı təmirə ehtiyac yaranıb. Bu səbəbdən xəstəxananın 6 terapevtik şöbəsi bu ilin iyun ayından müvəqqəti olaraq paytaxtdakı digər tibb müəssisələrinə köçürülüb.

Məlumata əsasən, mərhələli təmir işləri ilə əlaqədar olaraq xəstəxananın II korpusunda yerləşən Cərrahiyyə, Reanimasiya və Təcili tibbi yardım şöbələri birinci korpusa yerləşdirilir.

Top
0.04320502281189