kriminal.az

Şəkidə dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə şəhər ərazisində baş verib.

Belə ki, hərəkətdə olan "Range Rover" və "Niva" markalı iki minik avtomobili toqquşub. Hadisə zamanı xəsarət alanlar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Top
0.047585010528564