kriminal.az
Mikayıl Cabbarov Rebeka Qrinspan ilə müzakirələr aparıb

"İqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsü (BICFIT) iqlim maliyyəsi, investisiya, ticarət və dayanıqlı inkişaf məsələlərini bir araya gətirərək qlobal sinerjinin təmin edilməsi istiqamətində əhəmiyyətli perspektiv vəd edir".

Kriminal.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" hesabında bildirib:

"BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının baş katibi xanım Rebeka Qrinspan ilə videokonfrans formatında keçirdiyimiz görüşdə COP29 çərçivəsində baş tutacaq BICFIT-ə dair yüksəksəviyyəli görüşə hazırlığı müzakirə etdik.

İqlim maliyyəsinin inklüziv əsaslarla formalaşdırılması, özəl sektorun potensialından istifadə və qlobal dekarbonizasiya prosesində BICFIT-in mühüm rol oynaya biləcəyini vurğuladıq".

Top
0.070122003555298