Birinci Qarabağ müharibəsində itkin düşən və şəxsiyyəti müəyyənləşdirilən Ələkbər Babayevin döyüş yoldaşı Ağahüseyn Musayev təəssüratlarını bölüşüb.
O, Kriminal.Az-a açıqlamasında bildirib ki, Ə.Babayev çox döyüşkən və qeyrətli bir insan olub.
"Həddən artıq saf biri idi, ona dedim, döyüşmə, evə get. Təkid etdim ki, səni itirmək istəmirəm. Amma sonradan eşitdim ki, Tərtərdə şəhid olub. Şəhidlik ən uca zirvədir, Allah ona nəsib etdi", - A.Musayev qeyd edib.
Məhərrəm Əliyev