kriminal.az
Millimizin baş məşqçisi kim olacaq?

Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşla yollar ayrılıb.

Kriminal.az -ın məlumatına görə, tanınmış idman jurnalisti Elçin Cəlilov bundan sonra milli komandanın başına əcnəbi mütəxəssisin gətirilməsini səmərəsiz hesab edir.

Onun fikrincə, sözügedən posta ən uyğun namizədlər Qurban Qurbanov və Rəşad Sadıqovdur:

"Bu ikisindən başqa nüfuz və xarakter baxımından millini toparlaya biləcək yerli məşqçi görmürəm", – deyə jurnalist bildirib.

E.Cəlilov əlavə edib ki, onlarla alınmadığı halda Arif Əsədov ən münasib seçimdir. Mütəxəssis Ayxan Abbasovu isə ən sonuncu namizəd kimi dəyərləndirib.

Beləliklə, ekspertin fikrincə, millimiz üçün ən səmərəli variant dörd yerli məşqçidən birinin başa gətirilməsidir.

Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə oyuna milli komandamızı müvəqqəti olaraq U-21 yığmasının baş məşqçisi Ayxan Abbasov çıxaracaq.

Top
0.062392950057983