kriminal.az
Bakının mərkəzini bəzəyən ekstravaqant heykəllər - FOTOREPORTAJ

Noyabrın 1-də Heydər Əliyev Mərkəzində tanınmış italiyalı monumental heykəltaraş Lorenso Kuinnin (Lorenzo Quinn) "Təbiətdə tarazlıq" sərgisinin açılış mərasimi keçirilib.

Sərgisinin konsepsiyasının əsasını ətraf mühitin dərk olunması, təbiətə qayğı ideyası təşkil edir.

Bakı sərgisində ziyarətçilər italiyalı heykəltaraşın "Balanslaşdırılmış dünya" (Balanced World), "Təbiətin gücü" (Force of Nature), "Tanrının əli" (Hand of God), "Bəxş et və al" (Give and Take) və "Birlikdə" (Together) əsərləri ilə Mərkəzin parkı ərazisində, "Eros", "Paralel dünya" (Pharalel Universe), "Özünü sev" (Love Yourself) və müəllifin digər əsərləri ilə isə Mərkəzin foyesində tanış olublar.

Heydər Əliyev Mərkəzinin binasının önündə dünya sənətsevərlərini heyran edən "Bəxş et və al" (Give and Take) əsərini də izləmək mümkündür. Həmin əsərlə heykəltaraş diqqəti həyatda, o cümlədən təbiətdə tarazlığın önəminə yönəldir. Bu əsər su üzərində ilk dəfədir ki, Azərbaycanda nümayiş etdirilir.

Xatırladaq ki, Lorenso Kuinnin əsərləri 2025-ci il mayın 11-dək təqdim ediləcək.

PhotoStock.az-ın hazırladığı fotoreportajı təqdim edirik:

Daha çox foto burada: PhotoStock.az

Top
0.065001964569092