kriminal.az
Türkiyənin məşhur müğənnisinə oğurluq şoku: Köməkçisi evini soydu

Türkiyənin məşhur müğənnisi Linet evindəki köməkçisi tərəfindən qarət olunub.

Kriminal.Az-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, bu barədə ifaçının özü jurnalistlərlə söhbətində bəyan edib.

O, hüquq-mühafizə orqanlarına müraciət etdiyini açıqlayıb. İfaçı, məhkəmədən yaxşı nəticə alacağına ümidini ifadə edib.

"Bundan sonra hamıya yüz faiz inanmayacağıq əlbəttə ki. Gözümüzün hər şeyin üstündə olması lazımdır", - deyə o, sözlərini yekunlaşdırıb.

Top
0.047539949417114