kriminal.az
UNICEF-in icraçı direktoru iqlim dəyişikliklərindən danışıb

"Uşaqları iqlim dəyişmələri üzrə siyasətlərin mərkəzinə yerləşdirməyimiz mühüm əhəmiyyət daşıyır".

Kriminal.Az xəbər verir ki, bunu UNICEF-in icraçı direktoru Ketrin Rassel deyib.

O bildirib ki, uşaqları iqlim dəyişmələrinin təsirlərindən qorumaq üçün həll yolları axtarmaq və buna sərmayə yatırmaq vacib məsələdir: "Azərbaycanın bu bəyannaməni imzalaması da uşaqları iqlim gündəminin mərkəzinə qoyan növbəti bir addımdır."

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) çərçivəsində Azərbaycanla UNICEF arasında bəyannamə imzalanıb.

Mərahim Nəsib

Top
0.04429292678833