Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) üçüncü günündə Yaşıl Zonada növbəti tədbir baş tutub.
Kriminal.Az xəbər verir ki, "Aviasiya Təsir Sürətləndiricisi və Sıçrayış Enerjisi" adlı tədbirdə Kembric Universitetinin aviasiya təsir sürətləndiricisi üzrə direktoru Rob Miller məruzə ilə çıxış edib.
O bildirib ki, hazırda dünya əhalisinin 10 faizi hava nəqliyyatından istifadə edir, lakin bu rəqəmin gəlirlər çoxaldıqca artacağı gözlənilir: "Dünyanı 2050-ci ilə qədər gözləyən problemlərdən biri də aviasiya sektorunun iqlimə mənfi təsirləri ilə bağlı olacaq".
Rob Miller qeyd edib ki, aviasiyanın iqlimə təsiri təkcə CO2 ilə məhdudlaşmır:
"Təyyarələrin yaratdığı davamlı inversiya izləri aviasiyanın iqlimin istiləşməsinə təsirinə əhəmiyyətli töhfə verir. Onların bugünkü trafik səviyyələrində səbəb olduğu istiləşmənin 33 milyard ton CO2 ekvivalenti təşkil etdiyi hesab olunur ki, bu da IPCC-nin (İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspert Qrupu) qalan 1.5 dərəcə karbon büdcəsinin təxminən 16%-nə bərabərdir"
Rob Miller əlavə edib ki, aviasiya sənayesi və siyasət dairələrindən kənarda, qlobal karbon emissiyalarını azaltmaq baxımından inversiya izləri və inversiya izlərinin selektiv üsulla qarşısını almaq imkanları haqqında imkanlar məhduddur.
Şəhriyar Səmədov