Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 20-də şəhərsalma sahəsinə cavabdeh nazirlərin iclası təşkil ediləcək.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.
Onun sözlərinə görə, iclas 4 paralel dəyirmi masa ilə davam edəcək:
"Nazirlər, şəhər rəhbərləri iqlimə təsir göstərə biləcək məsələlərlə bağlı müzakirələr aparacaqlar".
Sədr qeyd edib ki, iclasda Azərbaycanın irəli sürdüyü yeni təşəbbüs təqdim ediləcək:
"Təşəbbüs çoxsəviyyəli fəaliyyət proqramını nəzərdə tutur".