kriminal.az
Övladının müalicəsi üçün evini və dəyərli əşyalarını satan ana yardım istəyir

Dörd yaşlı Camalın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Kriminal.Az-a onun anası Nazlı Hacıyeva məlumat verib.

O bildirib ki, övladı bir neçə xəstəlikdən əziyyət çəkir:

"Camal 2020-ci ildə tam sağlam şəkildə dünyaya gəlib. Bir yaş beş ayına qədər onun səhhətində hər şey qaydasında idi. Həmin dövrdə o, koronavirusa yoluxdu. Virusu yüngül keçirsə də, ondan sonra səhhətində pisləşmə başladı. Həkimlər övladımın koronavirusdan sonra beyninin zədələndiyini dedilər. Camal hazırda dərin autizm, nitq geriliyi, gipoterioz, gipaksik ensefalopatiya, mərkəzi sinir sisteminin zədələnməsi və qaraciyər zədələnməsindən əziyyət çəkir".

Nazlı Hacıyeva övladının müalicə və reabilitasiyası üçün aylıq 2 200 manata ehtiyacları olduğunu deyib:

"Camalın səhhəti pisləşdiyi gündən əlimizdən nə gəlir etmişik onun üçün. Evimizi, qızıllarımı, bütün dəyərli əşyalarımı övladımın müalicəsi üçün satmışıq. Onun vəziyyəti ilə bağlı mən işləyə bilmirəm, son dövrlər ona tək baxa bilmədiyim üçün yoldaşım da məcbur işdən çıxıb, Camala birlikdə baxırıq. Camalın reabilitasiyası üçün biz mərkəzlərdən birinə aylıq 1 200 manat ödəyirik, müayinə və müalicələri üçün isə aylıq 1 000 manatdan çox pulumuz çıxır. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirik".

Ailə ilə əlaqə: (051) 987-77-70.

Kapital Bank: 4169 7385 6685 4174.

Övladının müalicəsi üçün evini və dəyərli əşyalarını satan ana yardım istəyir

Övladının müalicəsi üçün evini və dəyərli əşyalarını satan ana yardım istəyir

Top
0.078092098236084