Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla danışıqlar prosesində müəyyən müsbət irəliləyişlərin olduğunu bildirib.
Kriminal.Az TASS-a istinadən xəbər verir ki, o, bu barədə Ermənistanın İctimai televiziyasına müsahibəsində deyib.
Paşinyan qeyd edib ki, o, öz növbəsində Azərbaycanla müqavilənin ilin sonuna qədər imzalanması üçün hər şeyi edəcək.