"Zəlzələnin ilk günündən ölkəmizə kömək etməyə tələsən Azərbaycan xalqına təşəkkür etmək istəyirəm".
Kriminal.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamalar zamanı bəyan edib.
"Azərbaycan məhəlləmizin açılışını qardaşım İlham Əliyevlə birlikdə etdik. 2025-ci ilin sonuna kimi 453 min ev və iş yeri təhvil verəcəyik", - deyə Ərdoğan qeyd edib.