Noyabrın 27-də saat 8 radələrində Mingəçevir şəhərində Ehsan Abdullayev idarə etdiyi "Opel" markalı avtomobillə yolu keçən piyada, 1963-cü il təvəllüdlü Niyar Abdullayevanı vurub.
Kriminal.Az-ın məlumatına görə, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Kriminal.Az-a bildirilib ki, faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.