Sakinlər Sumqayıt şəhəri, 2-ci mikrorayon və 34-cü məhəllədə daxili yolların yararsız vəziyyətdə olmasından narazıdırlar.
Onlar bildiriblər ki, şəhərdə mikrorayon və məhəllələrin həyətləri çox pis, bəzən keçilməz vəziyyətdədir:
"Tək bir məhəllə deyil, demək olar ki, əksər mikrorayon və məhəllələrdə həyətlər bərbad gündədir. Asfalt örtükləri dağılıb".
@oxuaz Sumqayıt sakinləri yolun şəraitsizliyindən narazıdırlar #sumqayıt
♬ Oxu.az Son Xəbərlər - orijinal ses - Oxu.az Son Xəbərlər
Sözügedən məsələ ilə bağlı Kriminal.Az-ın sorğusuna cavab olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, qeyd olunan ərazilərdə asfaltlanma işlərinin aparılması nəzərdə tutulub:
"Sumqayıt şəhərində son illər 50-dən çox prospekt və küçədə, bir o qədər də məhəllə və mikrorayonda ardıcıl olaraq asfaltlanma işləri aparılıb. Hazırda bu proses tədbirlər planına uyğun olaraq davam etdirilir. Qeyd olunan ərazilərdə də yaxın günlərdə asfaltlanma işlərinin aparılması nəzərdə tutulub. Hava şəraiti normallaşan kimi asfaltlanma işləri davam etdiriləcək".
Aygün Mirakif