kriminal.az
İstismar müddətini başa vuran, siçovulların məskən saldığı binada DÖZÜLMƏZ VƏZİYYƏT

Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsində yerləşən bina ilə bağlı redaksiyamıza şikayət daxil olub.

Vətəndaşlar Kriminal.Az-a bildirirlər ki, binanın yaşı çoxdur və istismar müddətini başa vurub. Sakinlərin sözlərinə görə, xüsusilə yağışlı havada əzablı dəqiqələr başlayır. Çünki taxtadan olan tavan yağış yağanda dolub-daşır və sakinlərin evlərinə su damır. Bildirilir ki, qəza riski yüksək olan binada xoşagəlməz hadisənin olması an məsələsidir. Bundan əlavə, qeyd olunur ki, binada sakinlərdən daha çox siçovullar məskən salıb.

Bəs maraqlıdır, sözügedən binanın aqibəti necə olacaq? Müvafiq qurumlar nəyi gözləyirlər?

Kriminal.Az məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb.

Qurumdan sorğumuz belə cavablandırılıb:

"İkimərtəbəli bina 21 mənzildən ibarətdir. Dam örtüyünün sahəsi 1150 kvadratmetrdir, növü şiferdir. İstismara verilmə tarixi 1960-cı ildir. Binanın dam örtüyünün fasad və girişlərinin əsaslı təmiri üçün Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mənzil-Kommunal Təsərrüfatı Departamentinə (MKTD) müraciət ünvanlanıb".

Məhərrəm Əliyev

Top
0.043396949768066